EN

“Baku Bus”ın sürücüsü sükan arxasında infarkt keçirdi: Son vəziyyəti açıqlandı – VİDEO

Maştağa qəsəbəsində “Baku Bus” MMC-yə məxsus marşrut avtobusu sürücünün sükan arxasında infarkt keçirməsi səbəbindən qəzaya uğrayıb.

Referans.az xəbər verir ki, sakinlər hadisənin təfərrüatı barədə Baku TV-yə danışıblar.

“Mən evdə idim, zəng edib dedilər ki, avtobus obyektə çırpılıb. Gəlib gördüm, avtobusun yarısı içəridə, yarısı isə bayırdadır. Sürücü xəsarət alıb, hazırda xəstəxanadadır”, – deyə sakin bildirib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, sükan arxasında infarkt keçirən sürücü – 1969-cu il təvəllüdlü Haşım Babayev kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilib.

Ətraflı süjetdə:  

 

Chosen
8
2
bizimshow.az

3Sources