Futzal üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda AÇ-2026-nın seçmə mərhələsində ikinci matçına çıxıb.
5-ci qrupda yer alan millimiz Xorvatiya ilə qarşılaşıb. Matç Pula şəhərində yerləşən Mate Parlov İdman Mərkəzində reallaşıb. Bakı vaxtı ilə saat 22:15-də başlayan oyunda Azərbaycan seçməsi ağır məğlubiyyətə üzülüb - 2:9.
Qeyd edək ki, futzalçılarımız ilk oyunda İsveçlə 3:3 hesablı heç-heçəyə razılaşıb.
AÇ-2026
Seçmə mərhələ, V qrup
31 yanvar
22:15. Xorvatiya - Azərbaycan 9:2
Qollar: Periç 2,49 (1:0), Çekol, 10,54 (2:0), Kuraja, 15,44 (3:0), Yelovçiç, 21,21 (4:0), Kuraja, 25,20 (5:0), Ülvi Əliyev, 27,11 (5:1), Moravaç, 29,23 (6:1), Mataja, 31,14 (7:1), Oktay Rüstəmli, 32,12 (7:2), Postruzin, 35,58 (8:2), Vukmir, 39,16 (9:2)
Hakimlər: Viktor Bugenko (Moldova), Qrigori Oşomkov, Yagnar Yakobson (hər ikisi Estoniya)
Timekeeper: Dino Kramar (Xorvatiya)
Hakim-inspektor: Perri Qautye (Belçika)
UEFA nümayəndəsi: Stefan Kammerer (Almaniya)
Mate Parlov İdman Mərkəzi