EN

Azərbaycan Basketbol Liqası: XIII turun daha iki görüşü baş tutacaq

Bu gün Azərbaycan Basketbol Liqasında XIII turun daha iki görüşü baş tutacaq.

"Far.Az"un məlumatına görə, A qrupunun oyununda NTD "Neftçi" ilə qarşılaşacaq.

Bakı İdman Sarayındakı qarşılaşma saat 12:30-da başlayacaq.

B qrupunda isə "Şəki" "Sumqayıt"la üz-üzə gələcək. Şəki Olimpiya İdman Kompleksindəki matç 14:00-da start götürəcək.

"Neftçi" 12 turdan sonra 17 xalla A qrupunda beşincidir. NTD 15 xalla sonuncu - altıncıdır. "Şəki" 22 xalla B qrupunun birincisi, 16 xala malik "Sumqayıt" dördüncüdür.

Turun əvvəlki oyunlarında "Naxçıvan" "Sərhədçi"ni 80:76, "Abşeron" isə "Sabah"ı 67:59 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.

Chosen
30
3
far.az

10Sources