EN

İmişlidə ağır qəza: Xəsarət alan var

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1957-ci il təvəllüdlü Azad Qulu oğlu Məmmədov xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Lakin vəziyyəti ağır olduğundan, Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.

Chosen
1
6
sitat.info

10Sources