EN

Avropada qaz bahalaşıb

Avropada qazın orta qiyməti 6% bahalaşıb.

Yanvar ayının yekunlarına əsasən Avropada qazın orta qiyməti 6% bahalaşaraq min kub metri 517 ABŞ dollarına çatıb.

Operativ Media xəbər verir ki, bu barədə rus KİV-ləri Londonun ICE birjasının statistikasına istinadən məlumat yayıb.

Məlumata görə, qazın bahalaşmasına ilk növbədə soyuq qış və Ukrayna üzərindən Rusiya qazının tranzitinin dayandırılması fonunda yeraltı saxlanclardan qazların çıxarılması templərinin artması təsir göstərib.

Chosen
16
1
operativmedia.az

3Sources