Bu gün Premyer Liqanın 21-ci turunda iki matç keçiriləcək.
"Cebheinfo.az" xəbər verir ki, günün ilk oyununda “Turan Tovuz” öz meydanında “Səbail”i qəbul edəcək.
Cari mövsüm bu komandaların ilk iki oyununda 3 qol vurulub. Öz meydanında 1:0 hesabı ilə qalib gələn “Turan Tovuz” səfərdə 1:1-lik heç-heçəyə nail olub.
Günün ikinci oyununda isə “Sumqayıt” “Araz-Naxçıvan”ı sınağa çəkəcək.
Premyer Liqa, 21-ci tur
1 fevral
16:00. “Turan Tovuz” - “Səbail”
Tovuz şəhər stadionu.
18:30. “Sumqayıt” - “Araz-Naxçıvan”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu