EN

Cənubi Koreya ilə Kuba arasında bir ilk

Cənubi Koreya ilk dəfə Kubaya səfir təyin edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Açıqlamada Cənubi Koreyanın Mexikodakı səfirliyində diplomat vəzifəsində çalışan Li Hoyulun Havanaya səfir təyin edildiyi bildirilib. Beləliklə, Li Cənubi Koreyanın Kubadakı ilk səfiri olub.

Qeyd edək ki, Kuba Cənubi Koreyanı 1949-cu ildə tanısa da, 1959-cu il Kuba inqilabından sonra ikitərəfli münasibətlər gərginləşmişib.

Bildirilib ki, iki ölkənin Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndələri 2024-cü il fevralın 14-də nota mübadiləsi yolu ilə Cənubi Koreya ilə Kuba arasında diplomatik əlaqələr qurublar.

"Hökumətimiz qarşılıqlı diplomatik nümayəndəliklərin yaradılması da daxil olmaqla, sonrakı addımlarda Kuba hökuməti ilə fəal əməkdaşlıq edəcək", - Cənubi Koreya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Xatırladaq ki, Xarici İşlər Nazirliyi yanvarın 18-də Cənubi Koreyanın diplomatik əlaqələrin qurulmasından təxminən bir il sonra Kubada səfirliyini açdığını açıqlamışdı.

Chosen
2
2
cebheinfo.az

3Sources