EN

Türkiyədə mütəşəkkil cinayətkar qrup çökdürüldü

Türkiyədə dələduzlara qarşı əməliyyat keçirilib.

News365.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Məlumata görə, 13 şəhərdə həyata keçirilən *Hücre-7* əməliyyatı çərçivəsində mütəşəkkil cinayətkar qrupun zərərsizləşdirildiyini bildirib.  

Əməliyyatda 88 şübhəli saxlanılıb, onlardan 61-i həbs edilib, 27-si isə məhkəmə nəzarətinə götürülüb.

Qrup üzvləri vətəndaşları saxta vəkillik və icra borcları adı altında dələduzluqla aldadıb.  

Əməliyyat zamanı silahlar, narkotik maddələr, külli miqdarda pul və müxtəlif rəqəmsal materiallar ələ keçirilib.

Chosen
18
news365.az

1Sources