EN

Gənclər təşkilatlarının Qərbi Azərbaycan məsələsində iştirakı çox böyük önəm daşıyır - Şahin İsmayılov

Bakı. Trend:

Bu gün Qərbi Azərbaycan İcması Gənclər Şurasının 2 fevral -Gənclər Gününə həsr olunan tədbir keçirilir. Tədbirin məqsədi ötəndövr ərzində İcmanın ictimai həyatında fəal iştirak edən gənclərinvə bütövlükdə Gənclər Şurası ilə əməkdaşlıq edən gənclərtəşkilatlarının mükafatlandırılması, eyni zamanda Gənclər Şurasınınyenilənmiş strukturunun təqdimatı və bundan sonrakı dövrdəfəaliyyətimiz haqqında məlumat verməkdir.

Trend xəbərverir ki, bunu bu gün Qərbi Azərbaycan İcmasının Gənclər Şurasınınsədri, Milli Məclisin deputatı Şahin İsmayılov jurnalistlərəaçıqlamasında deyib.

Ş.İsmayılov vurğulayb ki, gənclər təşkilatlarının QərbiAzərbaycan məsələsində iştirakı çox böyük önəm daşıyır:

“Gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Gənclər və gənclərtəşkilatları Qərbi Azərbaycan həqiqətlərini yerli və beynəlxalqplatformalarda dəstəklənməsinə nə qədər töhfə versələr, bir o qədəryekun məqsədimizə çatmağımıza yardımçı olarlar”.

O qeyd edib ki, bu il üçün kifayət qədər önəmli işlər nəzərdətutulub.

“Yerli və beynəlxalq səviyyədə işlərin icrası Qərbi Azərbaycanideyalarının daha geniş coğrafiyada yayılmasına gətirib çıxaracaq”,- deyə o əlavə edib.

Məqalədə:
Chosen
27
az.trend.az

1Sources