EN

Rusiyalı diplomatdan nüvə təklifi

Rusiya diplomatı dünən qəzetdə dərc olunan məqaləsində yazır ki, Qərbdən gələn təhlükə ilə üzləşmək üçün Rusiya onsuz da dünyanın ən böyük nüvə arsenalını genişləndirməli və modernləşdirməlidir.

“Reuters”in verdiyi məlumata görə, Rusiya səfiri Qriqori Maşkov “Rusiya Beynəlxalq Münasibətlər” qəzetində, “Müəyyən edilmiş faktlar fonunda klassik ikitərəfli kontekstdə artıq (nüvə) strateji sabitlikdən danışmaq mümkün deyil”, – deyib.

Rusiya səfiri qeyd edib ki, hazırda silahlanma yarışı gedir və müxtəlif ölkələr raket texnologiyasının inkişafı üzərində işləyirlər.

“Qərblə qarşıdurmanın hazırkı şəraitində və onun Rusiyaya strateji zərər vurmaq üzrə açıq-aydın siyasətində biz nüvə və raket arsenallarının məhdudlaşdırılması yox, onların kəmiyyət və keyfiyyətinin artırılması məsələsi ilə üzləşə bilərik”, – Maşkov davam edib.

Chosen
72
vaxt.az

1Sources