EN

Qəbələdə ağır qəza: 1 ÖLÜ, 4 YARALI

Qəbələ rayonunun Tövlə kəndində ağır yol qəzası baş verib.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Senzor.az-a bildirilib ki, hadisə ötən gün saat 20 radələrində qeydə alınıb.

 

“VAZ 2106” və “VAZ 2101” markalı avtomobillərin toqquşması nəticəsində birinci avtomobildə olan sərnişin - 1958-ci il təvəllüdlü Ehsan Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin - 1976-cı il təvəllüdlü Müslüm Soltanov və sürücü, 56 yaşlı Emin Muşdaqov xəsarət alıblar.

 

Həmçinin digər avtomobilin sürücüsü - 30 yaşlı Aqasif Qəribli və 2002-ci il təvəllüdlü sərnişini Elnur Cəbrayılov yaralanıblar.

 

Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Chosen
35
26
senzor.az

10Sources