EN

Qan donduran hadisə: 17 yaşlı qız...

Avstraliyanın Pert şəhərində bir cütlük kiçik qızlarını qəsdən ac saxladıqları üçün həbs cəzasına məhkum edilib.

“Cebheinfo.az” xəbər verir ki, adı açıklanmayan 17 yaşlı qız aclıqdan çox arıqlayıb, bir dəri, bir sümük qalıb. Ümumi çəkisi 27,3 kiloqram olan qız, eyni zamanda inkişafdan da qalıb.

Bu zaman qızın balet müəllimi onun zəifliyindən narahat olub və bununla bağlı polisə məlumat verib.

Müəyyən edilib ki, cütlük qızı Vegan pəhrizə (Bütün ət, quş əti, balıq və süd və yumurta kimi heyvan məhsullarını istisna edir) riayət etməyə məcbur edib və onu lazımi şəkildə qəsdən qidalandırmayıblar.

Bundan başqa, atanın qızının doğum haqqında şəhadətnaməsini saxtalaşdırdığı da məlum olub.

Beləliklə, ata 6 il 6 ay, anası isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qız isə dövlət himayəsi altında 50 gün xəstəxanada müalicə alıb. Bu müddət ərzində 7 kilo çəki alan və boyu 3,4 sm böyüyən gənc qızın sağlamlığı bərpa edilib.

Chosen
22
cebheinfo.az

1Sources