EN

Məşhur aktyor reytinqləri alt-üst edən serialda

Türkiyənin "Kanal D" telekanalının reytinqləri alt-üst edən serialı "Uzak Şehir"in heyətinə daha bir məşhur qatılıb.

"Cebheinfo.az" xəbər verir ki, məşhur aktyor Anıl İlter də ekran işində rol alacaq. 

O, layihədə "doktor Uğur" obrazına həyat verəcək. Sənətçi karyerası ərzində "Gece Gündüz", "Öyle Bir Geçer Zaman ki", "Kavak Yelleri", "Kızılelma", "Kara Ekmek", "Türk Malı", "İstanbullu Gelin", "Mahkum", "Aile" və "Gaddar" kimi iddialı seriallarda rol alıb.

Chosen
15
cebheinfo.az

1Sources