EN

Banklar faizlərdən yüksək gəlir əldə edib - RƏQƏMLƏR

2024-cü ildə Azərbaycanda fəaliyyət göstərən 22 bank faizlərdən yüksək gəlir əldə edib. 


Sfera.az Mərkəzi Bankın statistik məlumatlarına istinadən xəbər verir ki, bankların bir ildə faizlər hesabına gəliri 3,97 milyard manat olub. 


Faizlər hesabına əldə olunan gəlir əvvəlki ilə nisbətən 470 milyon manat artıb.

 
Bankların faiz gəlirlərində ən yüksək pay kreditlər üzrə qazanılan faizlərə məxsusdur. Bir ildə kreditlərdən 3,1 milyard manatdan çox faiz alınıb. Bu məbləğ 2023-cü illə müqayisədə 532 milyon manat çoxdur. 


Bankların faiz gəlirlərinin daha 429 milyon manatı qiymətli kağızlar üzrə, 287 milyon manatı maliyyə sektorunda yerləşdirilən vəsaitlərdən əldə olunub. Digər faiz gəlirləri isə 147 milyon manat təşkil edib. 


Banklar faizlərdən yaxşı gəlir əldə etsə də depozit sahiblərinə cəmi 905 milyon manat faiz ödəyiblər. Depozitlərə görə faiz xərcləri 2023-cü ildə 596 milyon manat idi. 
Digər xərclər də çıxıldığında bankların faizlərdən xalis gəliri 2,72 milyard manat olub ki, bu da əvvəlki ildən 112 milyon manat çoxdur. 


Müqayisə göstərir ki, banklar 2024-cü ildə depozitlərə görə faiz ödənişlərini artırıblar. Bunun səbəbi həm depozitlərin həcminin artmasıdır, həm də əmanətlər üzrə faiz dərəcələrinin yüksəldilməsidir. 

 


Vasif
  

Chosen
7
sfera.az

1Sources