EN

Həmədanlı nazir gələn həftə impiçment olunacaq

İqtisadiyyat naziri Əbdülnasir Himmətinin impiçment ilə bağlı 80 millət vəkilinin imzaladığı təklif parlamentin Rəyasət Heyətinə göndərilib.

Bu barədə İran parlamentinin Rəyasət Heyətinin sözçüsü Abbas Qudərzi ölkə mətbuatında açıqlamasında məlumat verib.

O, impiçment təklifinin ləğvi ilə bağlı xəbərləin həqiqətə uyğun olmadığını deyib.

"Prosesdə bir qədər ləngisə də, impiçment məsələsi ləğv edilməyib və gələn həftə impiçment planını müvafiq komissiyaya göndəriləcək",- o əlavə edib.

Qeyd edək ki, Həmədandan olan azərbaycanlı naziriin impiçmenti ilə bağlı əsas təşəbbüsçülər Təbrizdən İran parlamentinə göndərilən Ruhullah Mütəfəkkir Azad və Əli Cəfəri Azərdir.

Mühafizəkar siyasi qanada mənsub olan hər iki millət vəkili bundan əvvəl prezident seçkisi dövründə Məsud Pezeşkianın rəqibi Səid Cəlilini dəstəkləyiblər.

visiontv.az



Chosen
15
visiontv.az

1Sources