EN

Həmədanda Kössə Gəlin mərasimi keçirilib

Həmədanın Rəsgovan kəndində hər il olduğu kimi bu il də Kössə Gəlin mərasimi keçirilib.

Qışın sərt günlərinin keçib yazın gəlişindən xəbər verən bu mərasimdə kənd çobanları xüsusi paltar geyinirlər. Onlar kəndlilərin evinə gedib qapını döyür, pul istəyirlər. Hər evin ağsaqqalı da Kössənin mədhi üçün türkcə folklor şerləri oxuyur, çobanları və sakinləri hədiyyələr verərək sevindirirlər.

Kössə Gəlin ritualında iki nəfər bir-birini müşayiət edir, onlardan biri kişi olan Kössə və biri qadın paltarı geyinən və özünü qadın kimi göstərən kişi olur. Kössə keçə papaq taxır, başına dəsmal sarır və üstünə sürürgədən iki buynuz qoyur.

visiontv.az



Chosen
5
visiontv.az

1Sources