Luis de la Fuente ilə bağlı sual aradan qalxıb. İspaniya Kral Futbol Federasiyası onunla müqaviləni yeniləyib.
Yığmanın baş məşqçisi ilə əməkdaşlığın müddəti 2028-ci ilin yayına qədər artırılıb. De la Fuentenin əvvəlki müqaviləsinin müddəti iyulda başa çatacaqdı. O, İspaniya yığmasını 2022-ci ilin dekabrından çalışdırır. Milli komanda 63 yaşlı mütəxəssinin rəhbərliyi altında Millətlər Liqasının 2022/23 mövsümünün və AÇ-2024-ün qalibi olub.
De la Fuentenin İspaniyanın U-19, U-21 və U-23 yığmalarını çalışdırdığını da xatırladaq.