EN

Türkiyənin İƏT ölkələrinə ixracatı 7 milyard dollara yaxınlaşır

Bakı. Trend:

2024-cü ilin dekabr ayında Türkiyənin İslam Əməkdaşlıq Təşkilatı(İƏT) ölkələrinə ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 6,5faiz artaraq 6 milyard 920 milyon 28 min dollar olub.

Trendxəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

Məlumata əsasən 2024-cü ilin yanvar – dekabr ayında, TürkiyəninİƏT ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə5,8 faiz artaraq, 69 milyard 900 milyon 90 min dollar olub.

“2024-cü ilin dekabr ayında Türkiyənin İƏT ölkələrindən idxalı2023-cü ilin eyni dövrü ilə müqayisədə 23,7 faiz artaraq 3 milyard902 milyon 78 min dollar təşkil edib” – deyə nazirlikdənbildiriblər.

Nazrilikdən bildiriblər ki, 2024-cü ilin yanvar – dekabraylarında Türkiyənin İƏT ölkələrindən idxalı keçən ilin analojidövrü ilə müqayisədə 4,6 faiz azalaraq, 42 milyard 796 milyon 905min dollar təşkil edib.

Qeyd edək ki, Keçən ilin yekunlarına əsasən yanvar-dekabr ayındaTürkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollaraçatıb.

Nazirlikdən qeyd olunub ki , Türkiyənin ixracı 2023-ci ilin eynidövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyondollara, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollarolub.
“Keçən ilin dekabr ayında Türrkiyənin xarici ticarət dövriyyəsi 55milyard 664 milyon dollar təşkil edib.

2024-cü ilin dekabrında Türkiyənin ixracatı 2023-ci ilin eyniayı ilə müqayisədə 2,1 faiz artaraq 23 milyard 443 milyon dollar,idxalatı isə, 10,9 faiz azalaraq 32 milayar 221 milyon dollartəşkil edib”-deyə,nazirlikdən bildirilib

Məqalədə:
Chosen
36
7
az.trend.az

8Sources