EN

Violetto kərə yağının kollektivindən nümunəvi addım – FOTOLAR

01 Fevral 2025-ci il tarixində Violetto kərə yağının istehsalçısı olan "ALLBUY" MMC-də könüllü qanvermə aksiyası keçirilib. Aksiyaya Şirkətin 60 əməkdaşı qoşulub.

Aksiya Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.

Qanvermə aksiyası hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatına yardım məqsədi daşıyır.

"ALLBUY" MMC şirkətinin rəhbərliyi bu sosial aksiyada hər bir əməkdaşın könüllü olaraq iştirak etdiyini bildirərək, hər kəsin belə xeyirxah aksiyalarda iştirakçı olmağı tövsiyə edir:

"Bizim kimi sağlam insanların bədənində lazım oldugu qədər qan var, bunun üçün Allaha çox şükürlər olsun. Hər birimiz nəzərə almalıq ki, bu qana ehtiyacı olan yüzlərlə xəstə insanlar, həmçinin körpələr var. Bu aksiyanı keçirib qan verməklə, biz onlara yeni nəfəs vermiş oluruq. Halal xoşları olsun. Əlavə etmək istəyirəm ki, qan vermək sağlamlığa cox ciddi müsbət təsiri olmaqla yanaşı, həmdə dinimizdə də savab sayılır".

Qeyd edək ki 100% təbii kərə yağı olan Violetto yerli istehsaldır. Bu yağ ölkə daxilində yüksək keyfiyyətini daimi qorumaqla yanaşı, həmdə, Rusiya Fedarasiyasina 100 tonlarla ixrac edilməkdədir.

violetto kərə yağ allbuy qan qanvermə aksiya
Chosen
9
1
marja.az

2Sources