EN

Qırğızıstanın dağ-xizək kurortunda qəza: yaralılar var

Qırğızıstanın Karakol şəhərindəki dağ-xizək bazasında qaldırıcı kranın dayağı (xizəkçilər və snoubordçuların daşınması üçün kanat sistemi) uçub.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, İssık-Kul vilayət xəstəxanasından bildirilib ki, təcili yardım maşını iki uşağı xəstəxanaya çatdırıb, hazırda həkimlər müayinə aparırlar.

Vilayətin Daxili İşlər İdarəsindən hadisə ilə bağlı araşdırmaya başlanıldığını təsdiqləyiblər.

Dağ-xizək bazasında üç kanat yolu var, digər ikisi fəaliyyətini davam etdirir.

Chosen
23
7
bakivaxti.az

8Sources