EN

“Tofiq Bəhramov”dakı davranışına görə komandadan qovulacaq... – “Qarabağ” nə edirsən?

FKSB-nin prezidenti Cici Bekali komandanın futbolçusu Marius Ştefeneskunu cəzalandırıb.

“Football-plus.az” xəbər verir ki, buna oyunçunun Avropa Liqasının 7-ci turu çərçivəsində“Qarabağ”a qarşı keçirilən oyunda ciddi səhvlərə yol verməsi səbəb olub. Funksioner “Prime Sport”a açıqlamasında Mariusu komandadan qovmaqla təhdid edib:

“Gücün yoxdusa, driblinq edə bilmirsənsə, heç olmasa, sürətli ötürmə texnikasına sahib olmalısan. Səhv edirsənsə, oyunun taleyi vecinə deyilsə, bizimlə deyilsən! Mariusun potensialı var. İntellektual və hərəkətli futbolçudu. Onu çox bəyənirdim. Amma indi həmin Marius yoxdu. Ümid edirəm ki, tezliklə özünü toparlayacaq. Bu alınmasa, bizimlə qalmayacaq”.

Xatırladaq ki, Ştefenesku “Qarabağ”la matçın 46-cı dəqiqəsində əvəzlənib. Oyun Rumıniya təmsilçisinin 3:2 hesablı qələbəsiylə yekunlaşıb.

KƏNAN BAHADIR
Chosen
45
football-plus.az

1Sources