EN

Ağcabədi rayonunda qumbaranın partlaması zamanı xəsarət alanların SON VƏZİYYƏTİ

Yanvarın 31-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində baş verən partlayış zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, partlayışda xəsarət alan iki nəfərin (qadın cinsli) müalicəsi Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir.

"Hazırda onların vəziyyəti stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, ötən gün saat 12:00-da Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində əl qumbarası partlayıb. Hadisə nəticəsində beş nəfər həlak olub, iki nəfər xəsarət alıb. Faktla bağlı cinayət işi başlanıb.

Əzizə İsmayılova

Mənbə: oxu.az

Chosen
37
11
oxu.az

10Sources