WhatsApp messencerinin nümayəndələri bildiriblər ki, İsrailin Paragon Solutions şirkəti 2024-cü ilin sonunda 90 nəfərin hesablarını sındırmağa cəhd edib. Bu şəxslər arasında jurnalistlər də olub.Bloomberg xəbər verir ki, hakerlər istifadəçiləri WhatsApp qrupuna dəvət edərək onlara zərərli PDF faylı göndəriblər. Bu fayl cihazlara müdaxilə etmək üçün hazırlanıb.WhatsApp nümayəndələri, hücumun nə dərəcədə uğurlu olduğunu tam müəyyənləşdirə bilmədiklərini, lakin hücuma məruz qalan şəxsləri xəbərdar etdiklərini bildiriblər. Adətən, bu cür casus proqramlar hüquq müdafiəçiləri, jurnalistlər və hökumət tənqidçilərinin məlumatlarını oğurlamaq üçün istifadə olunur. Hakerlərin dəqiq yerləşdiyi məkan isə məlum deyil.Səidə
Diqqət Çəkənlər
Partlayışda ölən şəxsin qardaşı hadisədən danışıb
HAMAS 1 fevralda ABŞ və Fransa vətəndaşlarını azad edəcək
Filadelfiyada təyyarə qəzasının təfərrüatları məlum olub