EN

İcma sədri: Tarixi torpaqlarımıza qayıdış uğrunda mübarizəmiz xeyli dərəcədə gənclərimizdən asılıdır VİDEO

Bakı, 1 fevral, AZƏRTAC

Qərbi Azərbaycan icması olaraq bu gün apardığımız tarixi torpaqlarımıza qayıdış uğrunda mübarizəmiz xeyli dərəcədə gənclərimizdən asılıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib. İcma sədri Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətindən danışıb: "Gənclər siyasətinin mahiyyəti bilikli, savadlı, bacarıqlı, milli dəyərlərimizə hörmət edən gəncliyi yetişdirməkdir. Ölkəmizin, millətimizin gələcəyi gənclərdən asılıdır”, - deyə o diqqətə çatdırıb.

 

Chosen
4
1
azertag.az

2Sources