Səudiyyə Ərəbistanı çempionatında 18-ci turun oyunları keçirilir.
''Football-plus.az'' xəbər verir ki, Fatih Terimin çalışdırdığı ''Əl-Şabab'' ''Əl-İttifaq''ın qonağı olub. OyunƏr-Riyad təmsilçisi üçün uğurlu alınmayıb. Terimin dönəmində hələ ki, evdə bütün oyunlarda qalib gələn, səfərdə isə bütün oyunlarda məğlub olan ''Əl-Şabab'' bu qəribə tendensiyanı davam etdirib.
''Əl-İttifaq'' Viynaldumun dublu və Joao Koştanın qolu sayəsində 3:1 hesablı qələbə qazanıb. Son oyunlarda ''Əl-Şabab''ın heyətində vacib qollar vuran Abderrazak Hamdalla bu dəfə antiqəhrəmana çevrildi. Düzdü, o yenə də meydanı qolsuz tərk etmədi. Amma təcrübəli merakeşli futbolçu ən vacib məqamda, komandası 1:2 geridə olarkən penaltidən yararlana bilmədi! ''Əl-Şabab'' tanınmış türkiyəli mütəxəssisin dönəmində səfərdə keçirdiyi 3-cü oyundan da məğlubiyyətlə ayrılmış oldu. ''Əl-İttifaq''dan öncəki səfər oyunlarında komanda ''Əl-İttihad''a 1:2, ''Əl-Əhli''yə 2:3 uduzmuşdu.
''Əl-Şabab'' 29 xalla 6-cı pillədədi və 5-ci pillədəki ''Əl-Əhli'' ilə aradakı xal fərqi artıq 6-ya yüksəldi. ''Əl-Şabab'' növbəti turda öz meydanında ''Əl-Xalic'' ilə qarşılaşacaq.
ƏLİ