Dubaylı milyoner almaz tozu ilə boyanmış avtomobil alıb.
Milli.Az xəbər verir ki, "G-Falcon" adı ilə buraxılmış Mercedes-AMG G 63 avtomobili məhdud buraxılışlı fərdi avtomobillər üzrə ixtisaslaşmış Polşa şirkəti "Carlex Designs" tərəfindən hazırlanıb.
Qiyməti 2,6 milyon dollar olan avtomobilin boyasını hazırlamaq üçün təxminən 2.2 kq almaz tozundan istifadə olunub.
G 63 4,0 litrlik tvin-turbo V8 mühərrik və 570 at gücünə sahibdir. SUV 102 km/saat sürətə dörd saniyədə çata bilir.
"G-Falcon"un milyoner sahibinin adı isə gizli saxlanılır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
![](https://news.milli.az/media/2025/02/01/1261011_(1).jpg)
![](https://news.milli.az/media/2025/02/01/1261011_(3).jpg)
![](https://news.milli.az/media/2025/02/01/1261011_(2).jpg)
![](https://news.milli.az/media/2025/02/01/1261011_(4).jpg)
![](https://news.milli.az/media/2025/02/01/1261011_(5).jpg)