EN

Zəngəzur dəhlizinin açılması qərbi azərbaycanlıların hüquqlarının bərpası üçün ilkin addım ola bilər - Deputat

Bakı. Trend:

Ermənistanın imzaladığı kapitulyasiya aktı və digər öhdəliklərdəaçıq şəkildə qeyd olunub ki, Azərbaycan Naxçıvanla quru əlaqəsinimütləq bərpa etməlidir. Ermənistan da bu əlaqənin yaradılmasındaöhdəlik götürüb. Biz Zəngilanla Naxçıvan arasında dəmir yolu vəavtomobil yolunun işə salınmasına şahidlik edəcəyik, tezliklə buyoldan dəhliz kimi istifadə etməyə başlayacağıq.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı NaqifHəmzəyev deyib.

Millət vəkili bildirib ki, Azərbaycan öz ərazisindən özərazisinə gedirsə, buna heç bir nəzarət mexanizmi olmamalıdır, heçbir gömrük rüsumu ödənilməməlidir, vətəndaşlar sərhəd yoxlanışındankeçməməlidirlər:

“Ermənistan dəhlizin işə düşməsini maneəsiz şəkildə təminetməlidir. Unutmamalıyıq ki, Ermənistanın hazırda yerləşdiyiərazilər tarixi Azərbaycan torpaqlarıdır. Ermənistan faktiki olaraqAzərbaycan torpaqlarında yaradılmış respublikadır. Bizim əraziiddialarımız yoxdur. Qərbi azərbaycanlıların doğulduqları,boya-başa çatdıqları, dədə-babalarının yaşadıqları ərazilərdəyaşamaları onların hüququdur. Ən azından o əraziləri rahatlıqlaziyarət etməlidirlər. Zəngəzur dəhlizinin açılması qərbiazərbaycanlıların hüquqlarının bərpası üçün ilkin addımlardan birikimi dəyərləndirilməlidir. Cənubi Qafqaz ailəsininformalaşdırılması, gələcəkdə birgə yaşayışa şahidlik edə bilməyimizüçün Zəngəzur dəhlizi ən qısa zamanda istifadəyə verilməlidir”.

Naqif Həmzəyev vurğulayıb ki, Zəngəzur dəhlizinin açılmasıyalnız Azərbaycanın maraqlarına xidmət etmir:

“Bu, ilk növbədə Ermənistanın blokadadan çıxarılması, onunnəqliyyat şəbəkəsinə qoşulması üçün əsas vasitələrdən biridir.Dəhliz açılacağı təqdirdə, Azərbaycan və Ermənistan arasındavaxtilə mövcud olan digər kommunikasiya xətlərinin də işə düşməsibaş tuta bilər.

Azərbaycan Zəngəzur dəhlizinə alternativ olaraq İran üzərindənkeçərək Naxçıvan və Zəngəzuru birləşdirəcək körpülərin tikintisinihəyata keçirir.

Rusiya üçün də Zəngəzur dəhlizinin açılması çox vacibdir.Rusiyanın sanksiyalarla üzləşməsi onun xüsusilə isti dənizlər vəTürkiyəyə çxışını qəlizləşdirib. Bu yalnız Gürcüstan üzərindənhəyata keçirilir və qış aylarında çətinlik yaradır. Bu baxımdanRusiya Zəngəzur dəhlizinin açılmasını istəyir. Biz inanırıq ki,ABŞ, Avropa dövlətləri də bu layihəni sonunadək dəstəkləyəcək.

Çin və Avropa İttifaqı üçün bu dəhlizin açılması çoxəhəmiyyətlidir. Faktiki olaraq Orta Dəhlizin şaxələndirilməsi,artan yükdaşıma sifarişlərinin qarşılanması üçün bu fəaliyyət təkcəGürcüstan yox, Zəngəzur dəhlizi üzərindən də həyatakeçirilməlidir”.

Deputatın sözlərinə görə, dəhliz gələcəkdə yalnız nəqliyyat üçündeyil, enerji resurslarının daşınması üçün də yaxşı fürsət olabilər.

“Lazım olsa, biz maneəsiz olaraq Azərbaycan və Naxçıvan arasındaxüsusi Zəngəzur dəhlizini açacağıq. Daha sonra lazım olacağıtəqdirdə, buna paralel olaraq region dövlətlərinin də istifadə edəbiləcəyi alternativ yolları da çəkə biləcəyik. Ermənistan gələcəkdəenerji resurslarına çıxışının təmin edilməsi üçün Azərbaycanıntəklif etdiyi enerji resurslarının daşınması layihəsinə qoşulabilər, bu da onun Rusiyadan asılılığını azaldacaq”, - deyəN.Həmzəyev qeyd edib.

Chosen
44
az.trend.az

1Sources