EN

İran Əliyev və Ərdoğanın plakatlarını asan şəxsləri həbs etməyə başlayıb

Səid və Vahid Həsənzadə Təbrizdə həbs ediliblər.

Təbriz Prokurorluğundan ailələri ilə əlaqə saxlayan iki qardaş ETTALAAT İdarəsində sorğu-sual zamanı işgəncələrə məruz qaldıqlarını bildiriblər.

Fəallar İran İslam Respublikasının Güney Azərbaycanda milli oyanış dalğasının yayılmasından təşvişə düşdüyünü açıqlayıblar.

Bununla əlaqədar olaraq, təhlükəsizlik qüvvələri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın plakatlarını Güney Azərbaycan şəhərlərində çap edən, paylayan və quraşdıran şəxsləri müəyyən edib həbs etməyə çalışır.

Saxlanılan bəzi fəallar heç bir sübut olmadan, fərziyyə əsasında həbs edilib və təhlükəsizlik təcridxanalarında döyülüblər.

Məlumata görə, hökumət qüvvələri plakarların asılmasında iştirak etməyən, həmin vaxt sadəcə yaxınlıqda olan şəxsləri də istintaqa cəlb edir./Günaz.TV



Xəbər 4 dəfə oxunub.
Chosen
2
1
xezernews.az

2Sources