EN

"Mingəçevir" Zaqatalaya köçdü

"Mingəçevir” klubu mövsümün ikinci yarısındakı ev oyunlarını fərqli məkanda keçirəcək. 

Fanat.Az xəbər verir ki, məlumatı I Liqa klubunun mətbuat xidməti yayıb. 

"İşıqçılar" növbəti ev oyunlarını Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda keçirəcəklər. Bu müddətdə Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda təmir və yenidənqurma işlərinin aparılacaq.
"Mingəçevir” klubunun müraciəti, Peşəkar Futbol Liqasının qərarı ilə təmir və yenidənqurma işləri başa çatana qədər Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv ev oyunlarını Zaqatalada keçirəcək.

Qeyd edək ki, "Mingəçevir" I Liqada 6 xalla sonuncu - onuncu sırada qərarlaşıb. 

Chosen
16
fanat.az

1Sources