EN

Gürcüstanda azərbaycanlı dramaturqun əsəri səhnələşdiriləcək

Tbilisi, 1 fevral, AZƏRTAC

Gürcüstan Mədəniyyət Nazirliyi Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin "Lənkəran xanın vəziri" əsəri əsasında tamaşa hazırlayacaq. Tamaşa Tbilisidəki M.F.Axundzadə adına Azərbyacan Mədəniyyəti Muzeyinin təşəbbüsü ilə səhnələşdiriləcək.

Muzeyin direktor müavini Leyla Əliyeva AZƏRTAC-a müsahibəsində deyib ki, “Lənkəran xanının vəziri” əsəri tanınmış Gürcüstan yazıçısı və tərcüməçisi Akaki Tsereteli tərəfindən 1870-ci ildə gürcü dilinə tərcümə olunub. Əsərə səhnə həyatı verilməsində əsas məqsəd Azərbaycan mədəniyyətini təbliğ etmək, eymi zamanda, Azərbyacanla Gürcüstan arasında mədəni əlaqələrə töhfə verməkdir. Tamaşa gürcü aktyorlarının içtirakı ilə hazırlanır.

L.Əlyevanın sözlərinə görə, Gürcüstan Mədəniyyət Nazirliyi Azərbaycan yazıçılarının daha bir neçə əsərini səhnələşdirmək niyyətindədir. Eyni zamanda, gürcü yazarların da Azərbaycan dilinə tərcümə olunmuş əsərlərinin səhnələşdirilməsi planlaşdırılır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
42
azertag.az

1Sources