"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne gələcəyi ilə bağlı qərar verib.
Publika.az xəbər verir ki, bu barədə "Deadline Day Live" məlumat yayıb.
Mənbənin sözlərinə görə, belçikalı ulduz Mançester klubunda qalmaq istəyir. Buna görə "şəhərlilər"lə yayda başa çatacaq müqaviləsini uzatmaq niyyətindədir.
De Bruyne bu mövsüm bütün turnirlərdə 23 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.