“Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının lideri Sergey Mironov Şimal Buzlu Okeanının Rusiyanın Şimal Okeanı, alim Mixail Lomonosovun şərəfinə isə Frans İosif Torpağı adlandırılmasını təklif edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
“Rusiyanın Arktikadakı prioriteti coğrafi adlarla da təsbit edilməlidir”, – deyə parlamentari izah edib. O xatırladıb ki, ABŞ prezidenti Donald Tramp geosiyasi mübarizəni coğrafiya və toponimika sahəsinə köçürür.
Mironovun sözlərinə görə, Rusiya da bu sahədə təşəbbüs göstərməlidir.
Yanvarın əvvəlində ABŞ Amerika lideri Donald Trampın təklifi ilə Meksika körfəzinin adını rəsmi olaraq Amerika Körfəzi adlandırıb . Ölkənin daxili işlər nazirliyi bunun “ölkə tarixində və iqtisadiyyatında ən mühüm sərvətlərdən biri” və “millətin inkişafının təməl daşı” olduğunu bildirib.