EN

Məntəqə daxilində çəkiliş aparan bəzi insanların etirazlarını görürük - MSK sədri

Bakı. Trend:

Məntəqə daxilində çəkiliş aparan bəzi insanların etirazlarınıgörürük. Onlara deyirik ki, insanların məntəqə daxilində çəkilişaparmaq ixtiyarı yoxdur. Onlar üçün biz bu şəraiti yaratmışıq.

Trend xəbər verir ki, bunuMərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu günkeçirilən iclasda çıxışı zamanı deyib.

“Harada yazılıb ki, insanlar məntəqələrdə çəkiliş aparabilərlər? Biz onlar üçün müəyyən şərait yaratmışıq, amma bəzilərielə davranırlar ki, bu sanki onların konstitusion hüququdur”, -deyə M.Pənahov bildirib.

MSK sədri əlavə edib ki, media nümayəndələrinin də heç bir icazəalmadan seçki məntəqəsinə daxil olmaq hüququ yoxdur:

“Biz onlar üçün bu şəraiti yaratmışıq. Mən bəzi görüntülərdəgörürəm, məntəqənin işinə mane olurlar”.

Qeyd edək ki, yanvarın 29-u saat 19:00-da Azərbaycanda bələdiyyəseçkilərində səsvermə başa çatıb. Saat 19:00-a olan məlumataəsasən, bələdiyyə seçkilərində 1 874 810 seçici səsvermə hüququndanistifadə edib, seçici fəallığı 31,45 % olub.

Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxiledilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıyadaxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçkikomissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Məqalədə:
Chosen
36
2
az.trend.az

4Sources