EN

Dar cins şalvarları atmayın: bu məhluldan 1 qaşıq istifadə edərək...

Qarderobumuzun önəmli parçalarından olan cins şalvarlar aldıqdan bir müddət sonra müxtəlif səbəblərdən əynimizə dar ola bilər.

Publika.az xəbər verir ki, yeni kəşf edilən bu üsulla şalvarları 1 ölçü böyütmək olar.

Bu üsulu tətbiq etmək üçün əvvəlcə daralmış şalvarları düz bir səthə qoyun. Sonra sprey şüşəsinə bir yemək qaşığı saç kremi və ağ sirkə tökün.

Qarışığa ilıq su əlavə edin, şüşəni bağlayın və yaxşı silkələyin. Sonra qarışığı parçanın sıx nahiyələrinə püskürdün. Parçanı tamamilə nəmləndirin.

Chosen
19
publika.az

1Sources