EN

Azərbaycanın meşə fındığı ixracından əldə etdiyi gəlir məlum olub

Bakı. Trend:

Ötən il Azərbaycan 128,9 milyon ABŞ dolları dəyərində 20,2 minton meşə fındığı ixrac edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu, 2023-cü ildəki göstərici ilə müqayisədədəyər baxımından 5,7 milyon ABŞ dolları (4,6%) çox, həcm baxımındanisə 3,2 min ton (13,8%) azdır.

2024-cü ildə meşə fındığı ixracı ölkənin ümumi ixracının0,49%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 3,84%-ni təşkiledib.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycandan 707,8 milyon ABŞdolları dəyərində 686,2 min ton meyvvə və tərəvəz ixrac olunub.2023-cü ildəki göstəricilərlə müqayisədə ixrac edilən meyvə vətərəvəzin dəyəri 18,1 milyon ABŞ dolları (2,5%), həcmi isə 35,8 minton (5%) azalıb.

Hesabat dövründə meyvə və tərəvəzin ümumi ixracdakı payı 2,67%,qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 21,09%-ə bərabərolub.

Həmçinin ötən il Azərbaycana ümumi dəyəri 281,8 milyon ABŞdolları olan 375 min ton meyvə və tərəvəz idxal olunub. 2023-cüildəki göstəricilərə nisbətən meyvə və tərəvəz idxalının dəyəri51,9 milyon ABŞ dolları (22,6%), həcmi isə 22,2 min ton (6,3%)artıb.

Hesabat dövründə meyvə və tərəvəzin ümumi idxaldakı payı 1,34%təşkil edib.

Chosen
57
3
az.trend.az

10Sources