Türkiyənin Azərbaycandakı yeni səfiri Birol Akgün fevralın 1-dən səlahiyyətlərinin icrasına başlayıb."Ulusum.az" xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi rəsmi "X" hesabında məlumat yayıb.Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 31-də Birol Akgünün etimadnaməsinin surətini qəbul edib.Xatırladaq ki, yanvarın 10-da Prezident Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.Bundan əvvəl Türkiyənin Azərbaycandakı səfiri vəzifəsini Cahit Bağçı icra edib. Onun 2024-cü il dekabrın 14-də Azərbaycanda diplomatik fəaliyyət müddəti başa çatıb.
Diqqət Çəkənlər
Filadelfiyada təyyarə qəzasının təfərrüatları məlum olub
Müğənni Rüfət Mehdiyevin vəfatından 14 il ötür
İsveçdə Salvan Momikanın qətlində şübhəli bilinənlər azad edilib