EN

Təzminat əvəzinə Kremldən yeni TƏLƏB: Danışıqlar başladı, 3 məqsəd var

Suriyanın yeni hakimiyyəti ilə Rusiya arasında diplomatik təmaslar davam etdirilir. Rəsmi Dəməşq etimadın bərpa olunması üçün Moskvanın təzminat ödəməsi ilə bağlı tələb irəli sürüb. Həmçinin Kreml də Suriyadakı hərbi bazalarının saxlanılmasını istəyib.

Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev və xarici işlər nazirinin müavini Mixail Boqdanov da daxil olduğu rəsmi heyətin Dəməşqə səfəri zamanı bu məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Rusiyanın Bəşər Əsəd sonrası Suriya ilə bağlı siyasəti necə olacaq? Regionda nə kimi yeniliklər gözlənilir? Ankara və Moskva Dəməşqdə əlaqələri hansı şəkildə saxlayacaqlar?

Globalinfo.az-a danışan politoloq Rüstəm Tağızadə deyib ki, Rusiyanın Suriyadakı hərbi bazaları, xüsusilə Hmeymim aviabazası və Tartus Hərbi Dəniz Qüvvələri bu ölkənin Aralıq dənizi və Yaxın Şərqdə gücünün əsasını təşkil edir:

“NATO təsirinə qarşı durmaq və ABŞ-ın bölgədəki mövcudluğu ilə strateji tarazlığı təmin etmək üçün bu bazalar çox vacibdir. Ehtimal ki, yeni danışıqlar Rusiyanın hərbi infrastrukturunu rəsmiləşdirmək və potensial olaraq genişləndirmək, onilliklər boyu mövcudluğunu təmin etmək məqsədi daşıyır. Bu, Moskvanın regional münaqişələrdə və enerji dəhlizlərində təsir rıçaqlarını saxlamaq hədəfi ilə üst üstə düşə bilər.

Rusiyanın Suriyada mövcudluğu İran milislərinin fəaliyyətini istəmədən asanlaşdırar və İsrailin daha çox hava hücumuna səbəb olarsa, Tehranın burada möhkəmlənməsi ilə bağlı narahatlıqlar artacaq”.

rustem
Rüstəm Tağızadə

Politoloqun sözlərinə görə, Rusiya-Suriya danışıqları Moskvanın Yaxın Şərqdəki strateji təsirini möhkəmləndirməsi məqsədini daşıyır:

“Bu, həmçinin Kremlin Bəşər Əsədi gücləndirən, Qərbin maraqlarına meydan oxuyan və regional ittifaqları yenidən formalaşdıran davamlı hərbi mövcudluğu təmin etmək niyyətini vurğulayır. Danışıqlar Rusiyanın qlobal güc statusunu möhkəmlətməklə yanaşı, NATO ilə gərginliyi artırmaq, Suriyanın suverenliyini çətinləşdirmək, o cümlədən İsrail və Türkiyə kimi regional aktyorlar üçün təhlükəsizlik hesablamalarını dəyişmək riski daşıyır. Çox güman ki, bu ölkənin daha geniş böyük güc rəqabətlərində proksi döyüş meydanı kimi rolunu davam etdirəcək”.

Chosen
20
editor.az

1Sources