EN

Azərbaycan klublarının UEFA reytinqindəki yeni mövqeləri bəlli olub

Bakı. Trend:

Azərbaycan klublarının UEFA reytinqindəki yeni mövqeləri bəlliolub.

Trend xəbər verir ki, UEFAÇempionlar Liqasının və UEFA Avropa Liqasının Liqa mərhələlərində8-ci turun matçlarından sonra klubların UEFA reytinqiyenilənib.

Azərbaycan təmsilçisi "Qarabağ"ın Avroliqada "Olimpiakos"a 0:3hesabı ilə uduzmasından sonra Ağdam təmsilçisinin sıralamadakımövqeyi dəyişib.

Aktivində 32.000 xalı olan Qurban Qurbanovun komandası bir pilləgeriləyərək 66-cı yerdə qərarlaşıb.

Danimarkanın "Midtyulland" komandası 32.750 xalla "Qarabağ"ıgeridə qoyub.

Digər Azərbaycan təmsilçilərindən "Neftçi" 8.000 xalla 181-cipillədədir. "Zirə", "Sabah", "Sumqayıt" 4.000 xalla 310-cu yeribölüşürlər. "Qəbələ" və "Şamaxı" isə 3.925 xalla 329-cu yeripaylaşırlar.

Qeyd edək ki, reytinq cədvəlinə 138.500 xalla "Real" liderlikedir.

Chosen
25
3
az.trend.az

2Sources