“Sumqayıt” doğma divarlar arasında “Araz-Naxçıvan”la üz-üzə gəlib.
Offsideplus.az xəbər verir ki, matç qolsuz bərabərliklə başa çatdı. Oyundan sonra "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransına qatıldı. O, bunları dedi:
"İki fərqli hissə izlədik. Birinci hissədə komanda olaraq oyunumuz alınmırdı. Dəyişikliklərdən sonra oyunun ritmini ələ keçirməyi bacardıq. Bilirdik ki, ağır səfərdəyik. Bir xala da sevinmək lazımdır. Elə oyun gedirdi ki, məğlub da ola bilərdik, qalib də gələ bilərdik. Yenə də yolumuza davam edirik. Qarşıdakı oyunlara hazırlaşacağıq".
Qış fasiləsindən sonra üç fərqli nəticə qazanmısız. Qeyri-stabillik davam edəcək?
"Nəticə olaraq, siz bizi qeyri-stabil göstərmək istəyirsiz. Məni maraqlandıran oyun keyfiyyətidir. Komandam o keyfiyyəti mənə geri qaytarmağa çalışır. Bəzən istədiyim olur, bu oyundakı kimi. 5-6 qol epizoduna girirsən, dəyərləndirə bilmirsən. Ona görə nə siz məni, nə də mən komandamı günahlandıra bilməzsiniz. Epizoddur, futboldur, futbolun yazılmamış qanunları var. Onunla barışmalısan".