Xəbər verdiyimiz kimi HƏMAS-la imzalanmış atəşkəs razılaşmasına uyğun olaraq, girov mübadiləsinin dördüncü mərhələsi çərçivəsində İsrail həbsxanalarından 183 fələstinli azad edilib.
Bizim.Media xəbər verir ki, İsrail həbsxanalarından azad edilən fələstinliləri daşıyan avtobuslar İordan çayının qərb sahilindəki Ramallaha gəlib.
Girovları qarşılamağa onların yaxınları və ailə üzvləri gəlib. Hazırda ərazidə izdiham yaşanır.
Bizim.Media