EN

Fələstin üzrə Beynəlxalq Konfrans keçiriləcək

Fələstin

Misir, İordaniya, Qətər, BƏƏ və Səudiyyə Ərəbistanı tərəfindən birgə yayımlanan bəyanatda, bu ölkələr 2025-ci ilin iyun ayında Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı beynəlxalq konfransda iştiraklarını təsdiq ediblər. “Ulusum”.az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı və Fransa tərəfindən birgə sədrlik ediləcək konfrans, iki dövlət prinsipi üzrə həllin həyata keçirilməsinə yönələcək. Ərəb ölkələri bu tədbirin sülhün əldə edilməsi üçün nə qədər vacib olduğunu vurğulayıblar.Bundan əvvəl, İordaniya, Misir, BƏƏ, Səudiyyə Ərəbistanı və Qətər XİN rəhbərləri, Fələstin Administrasiyasının Qəzza zolağı üzərində nəzarət hüququnu təsdiqləyən birgə bəyanat yayıblar.Sənəddə, Fələstin Administrasiyasının Fələstinin bütün ərazilərində, o cümlədən Qəzza zolağı, Qərb Sahili və Şərqi Yerusəlimdə səlahiyyətlərinin bərpa olunmasının vacibliyi vurğulanıb. Görüş iştirakçıları bu addımların həyata keçirilməsinə davam etməyi razılaşıblar, bunun beynəlxalq icmanın İsrailin təcavüzü nəticəsində Qəzza zolağında yaranan humanitar böhrana daha effektiv reaksiya verməsinə şərait yaradacağını qeyd ediblər.Səidə

Diqqət Çəkənlər

Filadelfiyada təyyarə qəzasının təfərrüatları məlum olub

Böyük Britaniya Ukraynadan gələn qaçqınların uşaqlarını qəbul edəcək

Müğənni Rüfət Mehdiyevin vəfatından 14 il ötür

Chosen
29
39
ulusum.az

10Sources