EN

"Tam Store" işçi axtarır - VAKANSİYA

Tam Store

Tikinti satınalmaları üzrə mütəxəssis

Son tarix 03 mar 2025 - [email protected]

Əsas vəzifə öhdəlikləri:

  • Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi və satınalma sorğularının icrası;
  • Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması
  • Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin bazar araşdırılması;
  • Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların, danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
  • Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Alınmış məhsul və ya xidmətin keyfiyyət və çatdırılma məsələlərinin həllinə dəstək göstərilməsi;
  • Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
  • Təhlillərin aparılması və hesabatların hazırlanması və rəhbərliyə hesabatların təqdim olunması

Tələblər:

  • Ali təhsil (müvafiq sahə üzrə);
  • Müvafiq sahə üzrə 5 ildən çox iş təcrübəsi;
  • Şəxsi avtomobil olması üstünlükdür.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına nahar;
  • Şirkət hesabına korporativ nömrə;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “Tikinti satınalmaları üzrə mütəxəssis” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Chosen
15
fed.az

1Sources