Cüdoçumuz Ruslan Paşayev (66 kq) fransalı rəqibinə qalib gələrək "Böyük Dəbilqə" turnirinin qalibi olub.
"Football-plus.az" xəbər verir ki, təmsilçimiz həlledici mərhələdə Daikii Boubanı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Fransanın paytaxtı Parisdə keçirilən turnir sabah başa çatacaq.