EN

Bundesliqa: “Bayern”dən “Holştayn” üzərində çətin qələbə

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 20-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

“Union Berlin” – “Leypsiq” matçlarında qapılara qol vurulmayıb. “Sankt Pauli” – “Auqsburq” oyununda da tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Boxum” evdə “Frayburq”a tək qolla uduzub.

“Haydenhaym”ın qonağı olan Dortmund “Borussiya”sı yeni baş məşqçisi Niko Kovaçın debütündə qələbə qazanıb. Səfərdə “Ştutqart”la qarşılaşan Mönhenqladbax “Borussiya”sı da turu qələbə ilə başa vurub.

Lider “Bayern” bu turda “Holştayn”ı qəbul edib. Yeddi qolun qeydə alındığı bu qarşılaşma Münhen təmsilçisinin növbəti qələbəsiylə başa çatıb.

20-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
20-ci tur
31 yanvar

Verder – Maynts 1:0
Qol: Bittenkur, 14.

1 fevral

Bayern – Holştayn 4:3
Qolar: Musiala, 19. Keyn, 45+3; 46. Qnabri, 54 – Porat, 62. Srkibski, 90+1; 90+3.

Boxum – Frayburq 0:1
Qol: Sildilya, 34.

Haydenhaym – Borussiya (Dortmund) 1:2
Qollar: Honsak, 64 – Girassi, 33. Bayer, 63.

Sankt Pauli – Auqsburq 1:1
Qollar: Banks, 17-öz qapısına – M.Kömür, 83.

Ştutqart – Borussiya (Mönhenqladbax) 1:2
Qollar: N.Elvedi, 49-öz qapısına – Nqumu, 25. Klayndienst, 81.

Union Berlin – Leypsiq 0:0

2 fevral

18:30. Ayntraxt – Volfsburq
20:30. Bayer – Hoffenhaym

Chosen
36
1
arena.az

2Sources