Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 23-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“Atalanta” – “Torino” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Montsa” evdə “Verona”ya tək qolla uduzub. “Udineze” “Venesiya”nı, “Bolonya” isə “Komo”nu məğlub yola salıb.
23-cü turun qalan görüşləri fevralın 2-də və 3-də keçiriləcək.
İtaliya, A Seriyası
23-cü tur
31 yanvar
Parma – Leççe 1:3
Qollar: Valeri, 34-pen – Krstoviç, 36. Pyerotti, 63; 90+3.
1 fevral
Montsa – Verona 0:1
Qol: Lekoviç, 13-öz qapısına.
Udineze – Venesiya 3:2
Qollar: Lukka, 47. Lovriç, 52. Bravo, 84 – Nikolussi, 64. Qyutkyaer, 78.
Atalanta – Torino 1:1
Qollar: Cimsiti, 35 – Maripan, 40.
Bolonya – Komo 2:0
Qollar: De Silvestri, 25. Fabbian, 66.
2 fevral
15:30. Yuventus – Empoli
18:00. Fiorentina – Cenoa
21:00. Milan – İnter
23:45. Roma – Napoli
3 fevral
23:45. Kalyari – Latsio