Kapitan Rebekka Lobaç Vaşinqton səmasında sərnişin təyyarəsi ilə toqquşan hərbi "Black Hawk" helikopterinin üçüncü ekipaj üzvü olub.
Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Ordu rəsmi olaraq “Black Hawk” helikopterində olan üç ekipaj üzvündən birinin - 28 yaşlı kapitan Rebekka Lobaç olduğunu müəyyən edib”, - məlumatda deyilir.
Lobah ailəsinin yayımladığı açıqlamada deyili:
"Rebekka ordu pilotu vəzifəsindən əlavə olaraq, Ağ Evin hərbi sosial köməkçisi olaraq xidmət etmək şərəfinə sahib olub. Ağ Evin Şərəf Medalı və Prezident Azadlıq medalı da daxil olmaqla saysız-hesabsız tədbirlərində prezidentə və birinci xanıma könüllü dəstək verib".
Helikopterin ekipajında həmçinin Corciyadan olan 28 yaşlı serjant Rayan Ostin O'Hara və Merilend ştatından olan 39 yaşlı kiçik zabit Endryu Loyd Eves də var idi.