EN

Ağ Ev 3 ölkəyə qarşı tarifləri təsdiqlədi

Ağ Ev Kanada və Meksikadan gələn bütün mallara 25%, Çindən gələn mallara isə 10% tariflərin tətbiqini təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, ABŞ-ın Kanada enerji resurslarına qarşı 10% idxal rüsumları da tətbiq edilir.

“Prezident Tramp Kanadanın ABŞ ilə narkotiklərlə mübarizə və sərhəd təhlükəsizliyi məsələlərində əməkdaşlıq etməsinə qədər Kanada mallarına 25% və Kanada enerjisinə 10% tarif tətbiq edir”, - Ağ Evin bəyanatında deyilir.

Chosen
60
1
publika.az

2Sources