Rəsmi Pekin ABŞ-nin əlavə rüsumlar tətbiq etməsi ilə əlaqədar olaraq Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edəcək.
Xezerxeber.az xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyi məlumat yayıb.
Nazirlik hesab edir ki, rəsmi Vaşinqton əlavə rüsumlar tətbiq etməklə ÜTT-nin qaydalarını ciddi şəkildə pozub. Pekin də cavab olaraq ABŞ-dən idxal olunan mallara əlavə rüsum tətbiq ediləcək.
Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Çin, Kanada və Meksikadan idxal edilən mallara əlavə rüsum tətbiqi barədə qərarı təsdiqləyib.