EN

Dəri problemləri tarixə qovuşacaq: Mütəxəssislər yalnız bu 3 şeyi tövsiyə edir

Dəri problemləri tarixə qovuşacaq:

Dəri problemləri bir çox insanın həyat keyfiyyətini mənfi təsir edir və sosial həyatlarını çətinləşdirir. Sızanaqlar, ləkələr və quruluq kimi problemlər zamanla hər kəsi narahat edə bilər. Lakin düzgün yanaşmalar və müntəzəm qulluq vasitəsilə bu problemlərin öhdəsindən gəlmək mümkündür.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, dəriyə qulluqda ilk addım, onu yumşaq bir şəkildə təmizləməkdir. Gün ərzində yığılan kir və yağdan təmizlənmək üçün cildinizi səhər və axşam təmizləməlisiniz. Cildinizin tipinə uyğun, spirt və paraben olmayan təmizləyici məhsullar istifadə etməlisiniz.

Dəriyə intensiv nəmləndirici tətbiq etmək də vacibdir. Bu, dərinin qurumasını və qıcıqlanmasını qarşısını alır. Hər cildin tipinə uyğun nəmləndirici seçilməli və tətbiq edildikdən sonra qidalandırıcı serumlarla dəstəklənməlidir.

Günəşdən qorunmaq da dərinin sağlamlığı üçün çox önəmlidir. Geniş spektrli günəş kremi istifadə edərək, günün zərərli şüalarından qorunmaq uzun müddətdə sağlam dəriyə sahib olmanıza kömək edəcək.

Sağlam qidalanma və bol su içmək də dərinin yaxşı görünməsinə kömək edir. Antioksidantlarla zəngin meyvə və tərəvəzlər dərinin qocalma prosesini yavaşladır. Yuxu və stressdən uzaq durmaq da cildin təzə və parlaq qalmasına kömək edər.

Dəriyə qulluqda səbirli və ardıcıl olmaq lazımdır. Hər yeni məhsul istifadə etmədən əvvəl, kiçik bir sahədə sınaq edərək cildin reaksiyasını izləmək vacibdir. Dəri problemləriniz davam edərsə, mütləq dermatoloqa müraciət etməlisiniz.

Dəriyə düzgün qulluq etməklə və sağlam həyat tərzi sürməklə, dərinizdəki dəyişiklikləri tez bir zamanda görməyə başlaya bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az


Chosen
38
e-saglam.az

1Sources