EN

Kvaratsxeliyanın əvəzinə "Fənərbağça"nın FUTBOLÇUSU

"Napoli" PSJ-yə satdığı Xviça Kvaratsxeliyanın əvəzinə yeni futbolçu transfer etməyi planlaşdırır.

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Neapol təmsilçisi "Əl-Əhli"nin icarə əsasında "Fənərbağça"da çıxış edən sol cinah oyunçusu Allan Sen-Maksimi istəyir.

"Napoli" Sen-Maksimini cari mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədir. A seriyası klubu artıq "Əl-Əhli" ilə bu barədə razılığa gəlib. Müqavilənin dəyəri təxminən 4 milyon avro olacaq.

Sen-Maksimin bu mövsüm bütün turnirlərdə 24 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.

Chosen
9
2
news365.az

3Sources